İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bununla da 12 tribunadan 10-una yerlər tamamilə tutulub.

Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə builki Qran Pridə ilk dəfədir, 100-dən çox ölkədən azarkeşlər Azərbaycanı ziyarət edəcəklər. Bu rəqəm Bakıdakı yarışın tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bundan başqa, bu il ölkəyə gələcək əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.

Yarış həftəsonuna 9 gün qalmış yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

Güləşçimiz Sabah Şəriəti finalda

  • 21 Aprel 2023 - 20:47
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb. Oxu.Az-ın məlumatına görə, 130 kq-da yarışan idmançı finala