İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.

Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir.

“Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da, bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır”, – deyə V.Bayramov qeyd edib.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri 33,3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15,2 milyard manat sosial sahəyə yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Dolların məzənnəsi sabit qaldı

  • 25 Aprel 2023 - 22:10
Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 26-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən “SizinZaman”a bildirilib ki, bankın aprelin 26-na USD/AZN rəsmi məzənnəsi