Dünya

Türkiyənin ilk milli “Yeni Altay” tankları Silahlı Qüvvələrə təhvil verildi (FOTO)

Türkiyənin ilk milli “Yeni Altay” tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

“Report”un məlumatına görə, mərasim Sakaryada keçirilib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas döyüş tankı olacaq “Yeni Altay” tankı Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biridir:

“Tankın hazırlanması zamanı biz çoxlu çətinliklərlə qarşılaşdıq. Prosesi sabotaj etməyə cəhd edilib. Biz təslim olmadıq, bir addım da geri çəkilmədik. Biz daha yaxşı, daha müasir silah istehsal etmək üçün çox çalışmışıq. Xüsusilə, mühəndislərimiz bir çox maneələri dəf etmək üçün çox çalışdılar”.

Qeyd edək ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

“Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin