Cəmiyyət

“Azercell Könüllüləri” növbəti xeyriyyə aksiyası təşkil edib – FOTO

Könüllülər şəhid, qazi və aztəminatlı ailələri ziyarət edib, onlara “Ramazan Payı” çatdırıblar

“SizinZaman” xəbər verir ki, hər il olduğu kimi, ənənəsinə sadiq qalaraq “Azercell Könüllüləri” müqəddəs Ramazan ayı münasibətilə növbəti xeyriyyə aksiyası keçirib. Könüllülər hər evə bərəkət, xoş ovqat arzusu ilə Ramazan ayı boyu şəhid, qazi və aztəminatlı ailələri ziyarət edib, onlara “Ramazan Payı” çatdırıb. 
Bir müddət öncə Novruz bayramında da könüllülər Azərbaycanın bir çox bölgələrinə səfər edib, xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkib, gündəlik ərzaq məhsullarından ibarət sovqat təqdim ediblər. 
Qeyd edək ki, Azercell əməkdaşları və onlara qoşulan vətəndaşlardan ibarət olan “Azercell Könüllüləri” qrupu öz fəaliyyətini tək bayramlarda deyil, il ərzində müxtəlif xeyirxah təşəbbüslər çərçivəsində davam etdirir. Xeyriyyəçilik missiyasının tərkib hissəsi kimi “Azercell könüllüləri” mütəmadi şəkildə aztəminatlı ailələrə maddi və mənəvi dəstəklərini əsirgəmirlər, onlar daimi olaraq təşkilatın diqqətindədirlər.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər