Balakəndə 89 yaşlı kişi özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.
“Unikal” xəbər verir ki,hadisə axşam saatlarında rayonun qaysa kəndində baş verib.
Kənd sakini, 1934-cü il təvəllüdlü Abdulla Ramazan oğlu Çöpsiyev yaşadığı ünvanda özünə kəsici alətlə xəsarət yetirərək intihar edib.
A. Çöpsiyevin uzun illərdir ki, yataq xəstəsi olduğu bildirilir.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.