Ermənistan hərbi prokurorunun müavini Ovannes Köçəryan istefa verib.
“SizinZaman” xəbər verir ki, bu barədə Köçəryan özü məlumat verib.
O, ailəvi səbəblərə görə getdiyini qeyd edib.
Xatırladaq ki, Köçəryan 2022-ci ilin dekabrında hərbi prokurorun müavini vəzifəsinə təyin edilib. O, buna qədər 2018-2019-cu illərdə polis rəisinin müavini vəzifəsində çalışıb.