Dünya

Fransanın xarici işlər naziri Azərbaycana gələcək

Fransanın xarici işlər naziri Ketrin Kolonna aprelin 26-28-də Ermənistan və Azərbaycana səfər edəcək.

“Unikal” xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. 

Fransalı diplomat regional səfəri zamanı Laçın dəhlizindəki vəziyyəti müzakirə edəcək.

Ketrin Kolonna İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla, Bakıda isə ölkə rəhbəri İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. 

Bundan əlavə, Kolana aprelin 28-də Gürcüstana da səfər edəcək. Tbilisidə Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşlər planlaşdırılır.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin