Dünya

Qara dənizdə nəhəng neft ləkəsi tapıldı

Qara dənizdə 40 min kvadratmetrlik neft ləkəsi aşkar edilib.Bu barədə Rusiyanın Təbii Sərvətlərə Nəzarət Federal Xidməti (Rosprirodnadzor) məlumat yayıb.Bildirilib ki, xidmətə Qara dənizin neftlə çirklənməsi barədə məlumat daxil olub. Qurumun əməkdaşları göstərilən yerə gedib və Novorossiysk dəniz limanının yanalma körpülərinin yaxınlığındakı ərazini yoxlayıblar.“Suyun səthində 40 min kvadratmetr sahəsi olan xarakterik ləkə aşkar edilib. Mütəxəssislər analiz üçün nümunələr götürüblər”, – Rosprirodnadzorun mətbuat xidmətinin məlumatında vurğulanıb.Həmçinin, qurum prokurorluqla birlikdə bu sahəni idarə edən şirkətdə də plandankənar yoxlama aparıb. Onun nəticələrinə görə dəymiş ziyan hesablanacaq.Mənbə: lenta.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin