Gəncədə tarixi-memarlıq abidəsində qanunsuz təmir işləri aparılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müdaxilə ilə bağlı tədbirlər görülür:
“Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib. Aparılan təmir işləri dayandırılıb. Müdaxilə faktı ilə bağlı qanuna müvafiq tədbirlər görülməkdədir”.