Cəmiyyət

Bülbülə gölünün ətrafı bulvar salınması üçün təmizləndi

Bakıda Bülbülə gölünün ətrafı zibil və qamışlardan təmizlənib.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq “Bakı Abadlıq Xidməti” MMC-dən bildiriblər.

Qeyd olunub ki, əvvəl gölün ətrafını zibilləyirdilər. Hazırda gölə və gölün ətrafına müdaxilə olunmasın deyə ərazidə mühafizə xidmət göstərir.

“Bülbülə gölünün ətrafında yaşıl istirahət zonasının salınması nəzərdə tutulub. Müəyyən işlər tam başa çatandan sonra Bülbülə gölünün ətrafında salınacaq bulvarın layihəsi təqdim olunacaq. Təsdiq olunarsa, gölün ətrafında kafelər, gəzinti, velosiped, skuterlər üçün yol salınması planlaşdırılır”, – deyə qurumdan qeyd edilib.

Qeyd edək ki, göl Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər