Cəmiyyət

Hirkan Milli Parkında turist marşrutları yeni nişanlarla tənzimlənəcək – FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çex Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramı çərçivəsində Hirkan Milli Parkında turizm cığırının “çex modeli” üzrə nişanlanması həyata keçirilib.

“Unikal” xəbər verir ki, tədbirdə ETSN-in, Çexiya səfirliyinin, Dövlət Turizm Agentliyinin və Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, 2019-cu ildən başlayaraq Azərbaycanda turizm cığırlarının bu üsulla nişanlanmasının tətbiqi ölkəmizdə ekoturizm fəaliyyətinin müasir standartlara uyğun qurulmasına və turistlərin marşrut üzrə rahat hərəkət etmələrinə xidmət göstərəcək.

A.Babayevanın sözlərinə görə, bir çox ölkələrdə bu nişanlanma modeli tətbiq olunur və eyni təcrübənin digər milli parklarda da həyata keçirilməsi planlaşdırlır.

“Tədbirin davamı olaraq qonaqların iştirakı ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində ağacəkmə aksiyası keçirilib və Xanbulançay su anbarına çəkikimi balıq körpələri buraxılıb”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər