İdman

Murad Musayev ruslara Azərbaycan futbolundan danışdı: “Bütün komandalar arasında “Qarabağ” fərqlənir”

“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev həmyerlilərinə Azərbaycan futbolu barədə danışıb.

Mütəxəssis ölkə çempionatının çətin yarış olduğunu deyib:

“Azərbaycan çempionatı çox çətin turnirdir. On komanda iştirak edir, çempionat dörd dövrədə keçirilir. Mövsüm avqustda başlayır, mayda bitir.

Burada əcnəbi futbolçular üçün məhdudiyyət var. Start heyətdə dörd yerli oyunçu olmalıdır.

Çempionatda dörd dəfə eyni komanda ilə oynayanda, üstəlik kubokda da qarşılaşanda hamı bir-birini çox yaxşı tanıyır, rəqiblərin güclü və zəif tərəflərini bilirsən.

Bütün komandalar arasında “Qarabağ” fərqlənir. Ardıcıl səkkiz il avrokubok qruplarında oynayır. Son iki ildə əla nəticə göstərərək pley-offa yüksəliblər. Digər top-klub “Neftçi”dir. Böyük ənənələrə və yaxşı imkanlara sahibdirlər. Daha bir neçə kifayət qədər güclü, təxminən eyni səviyyəli komanda var. Bura “Sabah”, “Qəbələ” və “Zirə”ni aid edərdim.

Bu mövsüm “Qarabağ”ın yenidən çempion olmaq ehtimalı var. “Neftçi” ilə ikinci və ya üçüncü yer üçün oynayırıq. Eyni zamanda, istənilən halda komandamız növbəti mövsüm avrokuboklarda çıxış edəcək”.

Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”ı çalışdırır.

Mənbə: championat.com

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata