Cəmiyyət

Piyada keçidinin olmaması təhlükə saçır: Bir ailəni yarısı ölümdən döndü – VİDEO

Paytaxt Bakıda bir ailənin yarısını maşın vurub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədi rayonu Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsindən gedir.

Ərazidə yaşayan sakinlərdən biri İlham Azayev deyir ki, piyada keçidi olmadığından onun ailə üzvlərini bu yolda maşın vurub. Xoşbəxtlikdən həyati təhlükələri yoxdur. Lakin yolda vəziyyət kifayət qədər təhlükəlidir.

Yaxınlıqdakı yerüstü piyada keçidindən isə sakinlər demək olar ki, istifadə etmirlər.

Onlar bildirib ki, keçidə getmək üçün səki yoxdur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, metronun Xocasən stansiyası fəaliyyətə başladıqdan sonra, yol infrastruktru ilə bağlı aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib, müəyyən təhlillər aparılıb.

Sakinlər nəzərdə tutulan işlərin qısa zaman ərzində yekunlaşacağını ümid edir.

Daha ətraflı süjetdə:

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər