Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Unikal” xəbər verir ki, hakim Məhəmməd Əkbərovun sədrliyi ilə qapalı keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

“İskəndər dedi ki, Rəşad bizə gələcək, evdə oturacaqlar”

  • 26 Aprel 2023 - 16:35
Tanınmış meyxanaçı Rəşad Dağlı tərəfindən öldürülən İskəndər Mehdiyevin hüquqi varisinin kimliyi məlum olub. “Unikal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhumun qardaşlarından