İqtisadiyyat

Şirkətlərin “Bank of Baku”ya inamı itib – 9 milyon manat depozit geri çəkilib

“Bank of Baku” ASC 2023-cü ilin I rübündə 9,5 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,5% azdır. Bank 2022-ci ilin ilk rübündə isə 9,9 milyon manat xalis zərər açıqlamışdı.

“Unikal” apa-ya istinadən xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında qeyd olunub.

Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 41% artaraq 29,7 mln. manat təşkil edib. Bankın faiz xərcləri 2 dəfə artaraq 8,7 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 20,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24,6% çoxdur. Bankın qeyri-faiz gəliri 30,3% azalaraq 2,2 mln. manat, qeyri-faiz xərcləri isə 22% artaraq 15,1 mln. manat təşkil edib. Bu dövrdə Bankın əməliyyat mənfəəti 7,9 milyon manata (6% çox) bərabər olub.

1 aprel 2022-ci il tarixinə bankın cəmi aktivləri 5% artaraq 736,1 milyon manata yüksəlib, o cümlədən kredit portfeli 1% artaraq 583,6 milyon manata çatıb. “Bank of Baku”nun öhdəlikləri isə 4,4% artaraq 603,7 milyon manata bərabər olub, o cümlədən depozit portfeli 7% artaraq 391,3 milyon manata yüksəlib. Bununla belə, son üç ayda şirkətlər bankdakı əmanətlərini 26,4% və ya 9,4 milyon manat azalaraq 26,1 milyon manata endiriblər.

Bu ilin birinci rübündə bank cəmi kapitalını 7,8% milyon manat artıraraq 132,5 milyon manata çatdırıb.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.