Hadisə

Azərbaycanlı sürücü 50 adamın öldüyü yolda qəza törətdi (FOTOLAR)

Türkiyədə son 10 ildə 50 adamın öldüyü və bu səbəbdən “ölüm qovşağı” adlandırılan yolda azərbaycanlı sürücü qəza törədib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Ərzurum vilayətinin Tortum rayonunda baş verib. 

Bakıdan Türkiyənin Mersin şəhərinə plastik xammal aparan Azərbaycan vətəndaşı Adil Mirzəyevin idarə etdiyi AZ 77-DO-485 dövlət nömrə nişanlı yük avtomobili sözügedən yolda aşıb. 

Sürücü Adil Mirzəyev ağır yaralanıb və təcili tibbi yardım maşını ilə Ərzurum xəstəxanasına aparılıb. Qəzada yük avtomobilinə də ciddi zərər dəyib və plastik xammal ətrafa səpələnib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.