Hadisə

Bakıda 4-cü kurs tələbəsi qəzada öldü

Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin IV kurs tələbəsi Pərvin Cəfərov Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ilə A.Salamzadə küçələrinin kəsişməsində baş verib.

Belə ki, Atakişiyev Hümmət Baba oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.

Nəticədə “Lada Priora” markalı avtomobildə olan 2002-ci təvəllüdlü sərnişin Cəfərov Pərvin Pərviz oğlu ölüb. Avtomobildəki digər sərnişinlər – Sadıqov Elmin İlham oğlu və Heydərli Fərid Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.