Hadisə

Bakıda şadlıq evində dava – Bıçaqlanan var

Ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən “White Palace” şadlıq evində keçirilən məclis zamanı dava-dalaş olub.

“Qafqazinfo” xəbər verir ki, 2006-cı il təvəllüdlü S.P. 2005-ci il təvəllüdlü H.X-ya döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.P saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.

Hadisə zaman hər iki şəxsin spirtli içkinin təsiri altında olması bildirilir.

Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.