Dünya

Bayden hədə-qorxu gəldi: Şimali Koreyada rejim dəyişikliyi

ABŞ Prezidenti Co Bayden Şimali Koreyanı hədələyib.

Bayden bildirib ki, Pxenyan ABŞ və ya müttəfiqlərinə nüvə zərbəsi endirməyə cəhd edərsə, bu, rejim dəyişikliyi ilə nəticələnə bilər.

ABŞ prezidenti belə bir bəyanatla Cənubi Koreya Prezidenti Yun Sok Yel ilə Vaşinqtonda keçirilən danışıqlardan sonra çıxış edib.

Bu barədə Ağ Evin “YouTube” kanalında məlumat verilib.

Amerika liderinin sözlərinə görə, Şimali Koreyanın ABŞ və ya onun müttəfiqlərinə, tərəfdaşlarına qarşı nüvə zərbəsi qəbuledilməzdir, buna görə də Vaşinqton Şimali Koreyada rejimin sona çatdırılması üçün bütün addımları atacaq.

Danışıqlar zamanı Bayden həmçinin bildirib ki, ABŞ Şimali Koreya ilə münasibətlərdə “diplomatik sıçrayış” variantları axtarır.

“Biz yarımadada sabitliyi gücləndirmək və nüvə silahının yayılması təhlükəsini azaltmaq üçün Şimali Koreya ilə ciddi, məqsədəuyğun diplomatik sıçrayış imkanı axtarmağa davam edirik”, – deyə o qeyd edib.

Mənbə: Lenta.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin