Cəmiyyət

BDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən AZƏRTAC-a daxil olan müraciətdə aprelin 28-dən başlayacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılacağı nəzərə alınaraq, xüsusilə cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən cənubdan mərkəzə doğru, yəni, Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etmələri xahiş olunur.

“Eyni zamanda, 20-ci sahə və Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddətdə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur”, – deyə müraciətdə bildirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər