Dünya

Cənubi Koreya prezidenti Ağ Evdə mahnı oxudu

Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Ağ Evdə şam yeməyində mahnı oxuyub. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda rəsmi səfərdə olan Yoon Ağ Evdə şərəfinə verilən şam yeməyində Don McClean’ın klassik mahnısı “American Pie”ni səsləndirib.

Mahnının ilk misrasını gözlənilməz bir performansla ifa edən Yoon məktəbdə oxuyarkən ən çox sevdiyi mahnılardan biri “American Pie” olduğunu bildirib.

Yoon təxminən 1 dəqiqə pianonun müşayiəti ilə mahnını zümzümə edib. Zaldakı insanlar Yoonun gözlənilməz çıxışını ayaqda alqışlayıb.

Həmkarının ifasından təəccübləndiyini gizlətməyən Bayden Yoona “Sənin oxuya biləcəyini bilmirdim” deyib.  

Naharın sonunda Bayden qonaq prezidentə  Don McClean’ın imzası olan akustik gitara hədiyyə edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin