İdman

“Formula-1” üçün Azərbaycana gələn məşhur model: “Bakıda bunu edə bilməyəcəyəm”

“Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür”.

“Report”un məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-Prisində iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı model İvana Knoll qala gecəsində jurnalistlərə açıqlamasında deyib.

Səfərlə bağlı təəssüratlarını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin dadlı olduğunu söyləyib:

“Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda bunu edə bilməyəcəyəm”.

Knol bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə keçirilən Qran-Prilərdə dəfələrlə yer alıb:

“Qətərdəki dünya çempionatı ilə buradakı atmosferi müqayisə edə bilmərəm. Çünki tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu barədə də fikir bildirməyəcəyəm. Çünki Qətərdə 1 ay oldum, buraya isə cəmi 6-7 saatdır gəlmişəm”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 28-30 apreldə baş tutacaq. Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata