İdman

Kişi voleybolçular arasında “Heydər Əliyev kuboku”nun finalçıları bəlli olub

Bu gün Voleybol Mərkəzində turnirin yarımfinal oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarımfinalın ilk qarşılaşması “Xarı bülbül Şuşa” və “Neftçi” komandaları arasında olub.

Gərginliyi ilə yadda qalan oyuna “Xarı bülbül Şuşa” daha yaxşı başlayıb və ilk hissədə 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə 25:20 hesabı ilə üstün olan “Neftçi” ümumi hesaba tarazlıq gətirib. Lakin Şuşa təmsilçisi təşəbbüsü yenidən ələ alaraq sonrakı setləri 25:12 və 25:20 hesabları ilə bitirib. Beləliklə, 3:1 hesabı ilə qələbə qazanan “Xarı bülbül Şuşa” turnirin ilk finalçısı olub.

Günün növbəti matçında “Murov” və MOİK kollektivləri üz-üzə gəliblər. Görüş ehtimal olunduğu kimi Fərid Cəlalovun yetirmələrinin üstünlüyü ilə keçib. MOİK rəqibinə müqavimət göstərsə də ölkə çempionatının son qalibi ilə bacara bilməyib. Meydandan 3:0 (25:14, 25:21, 25:12) hesablı qələbə ilə ayrılan “Murov” adını kubokun finalına yazdırıb.

Beləliklə, “Heydər Əliyev kuboku”nun həm qadınlarda, həm də kişilər arasında finalçıları bəlli olub. Həlledici qarşılaşmalar aprelin 28-də Voleybol Mərkəzində təşkil olunacaq. Həmin gün ilk olaraq meydana qadın voleybolçular çıxacaqlar. Saat 16:00-da başlanacaq final matçında “Abşeron” və “Azərreyl” kollektivləri çempionu müəyyən edəcəklər. İki saat sonra isə kişi voleybolçuların final görüşündə “Xarı bülbül Şuşa” və “Murov” komandaları üz-üzə gələcəklər.

Bu qarşılaşmalardan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi və kubokun rəsmi bağlanış mərasimi keçiriləcək.

Oyunların nəticəsi

27.04.2023

Yarımfinal (kişilər)

“Xarı bülbül Şuşa” – “Neftçi” 3:1 (25:19, 20:25, 25:12, 25:20)

“Murov” – MOİK 3:0 (25:14, 25:21, 25:12)

Final oyunları

28.04.2023

Final (qadınlar)

16:00 “Abşeron” – “Azərreyl” (CBC SPORT-canlı)

Final (kişilər)

18:00 “Xarı bülbül Şuşa” – “Murov” (CBC SPORT-canlı)

Oyunlardan sonra kubokun bağlanış mərasimi

Məkan: Voleybol Mərkəzi

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata