Cəmiyyət

Məktəbdaxili qiymətləndirmə ilə bağlı sorğu keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəbdaxili qiymətləndirmə ilə bağlı keçirilən görüşlər davam edir.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşlərin keçirilməsində əsas məqsəd məktəbdaxili qiymətləndirmənin keyfiyyətli təşkili üçün peşəkar yanaşmalara diqqət yetirmək, müəllimlərə dəstək üçün təkliflər hazırlamaq, qiymətləndirmə ilə bağlı problemləri və həlli yollarını araşdırmaqdan ibarətdir.

Görüşlərdə şagirdlərin biliyinin qaydalara uyğun qiymətləndirilməsinin vacibliyi, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatının təkmilləşdirilməsi, məktəbdaxili qiymətləndirmənin təşkilində müasir yanaşmaların mütəmadi olaraq nəzərdən keçirilməsi və digər mövzulara dair fikir mübadiləsi aparılıb.

Sonra fizika, kimya və riyaziyyat müəllimlərinə sorğu təqdim olunub. Sorğular təhlil olunduqdan sonra növbəti görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Əməkdar müəllim Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, fizika, kimya və riyaziyyat müəllimləri iştirak edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər