Dünya

Məşhur teleaparıcı 79 yaşında vəfat etdi

Məşhur teleaparıcı Cerri Springer 79 yaşında vəfat edib.

“Unikal” xəbər verir ki, o, Çikaqodakı evində dünyasını dəyişib. Məlumata görə, teleaparıcıya bir neçə ay əvvəl xərçəng diaqnozu qoyulub.

1968-ci ildə Cerri Springer senator Robert Kennedinin komandasının müşaviri olib. 1970-ci ildə Konqresə namizədliyini irəli sürməyə çalışıb, lakin uğursuz olub. 1982-ci ildə NBC-də siyasi köşə yazarı kimi çalışıb.

1991-ci ildən Cerri Springer Amerika tamaşaçıları arasında geniş populyarlıq qazanmış tok-şousunu – “The Jerry Springer Show”u təqdim edib. Müxtəlif insanlar tok-şoulara gəlir, problemlərindən danışırdılar. Tok-şou qalmaqallı mövzularla yadda qalıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin