“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə kimlrin təltif ediləcəyi məlum olub.
“Unikal”ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilən “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının Əsasnaməsində əksini tapıb.
Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər:
– minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;
– minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;
– minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.
“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılacaq.
“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 36 mm olan lövhədən ibarətdir.