İdman

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb. Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub.

AZƏRTAC Azərbaycan Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə iki cavabsız qolla qalib gəlib.

Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıb. On birinci belə sınağa çıxacaq “ağ-qaralar” altı, Ağdam klubu yeddi dəfə kubokun sahibi olub.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata