Dünya

“Ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”

Moldova Prezidenti Maya Sandu Kişinyovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qonşu ölkədəki vəziyyəti və regionda təhlükəsizlik çağırışlarını müzakirə edib və Moldova Respublikasının Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. Sandu qeyd edib ki, ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”, – məlumatda qeyd olunub.
Moldova Prezidentinin mətbuat xidməti bildirib ki, Sandu və Kuleba Kiyev və Kişinyovun Avropaya inteqrasiya kursundan da danışıblar. Nazirlikdən bildirilib ki, tərəflər iki ölkənin Avropa İttifaqına daxil olması prosesinin sürətləndirilməsi üçün zəruri olan islahatların həyata keçirilməsində qarşılıqlı yardımın yollarını müzakirə ediblər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin