İdman

Ölümdən dönən sabiq “Qarabağ”lı üçün mövsüm erkən başa çatdı

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm erkən başa çatıb.

Bu barədə yarımmüdafiəçi özü məlumat verib.

Rusiya Premyer Liqasının XXIV tur oyununda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşma nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını deyib.

“Reabilitasiya müddəti 15-20 gün olacaq. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Böyük ehtimalla növbəti mövsümün hazırlığı zamanı komandaya qoşulacağam”, – braziliyalı açıqlamasında bildirib.

Mənbə: Sport24.ru

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata