Siyasət

Rusların sərhəd-buraxılış məntəqəsi ilə bağlı planları nədir? – Politoloqdan AÇIQLAMA

“Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması son dərəcə əhəmiyyətli bir addımdır”.Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hər bir dövlətin suverenliyinin başlıca göstəricisi onun bütün sərhədlərini qoruya bilməsidir:

“Biz Laçın yolunda sərhəd-buraxılış məntəqəsini qurmaqla sərhədlərimiz üzərində suverenliyimizin bərpa edilməsi istiqamətində həlledici addım atdıq. Bundan sonra bizim ərazilərimizə daxil olan, sərhədlərimizi keçən hər hansı bir adam və yaxud yük haqqında ətraflı məlumatımız olacaq, onları yoxlayacayıq. Azərbaycana və Azərbaycandan nələrin daşındığına nəzarət edə biləcəyik. Bir sözlə, Azərbaycan sərhəd-buraxılış məntəqəsini qurmaqla bütün ərazilərində suverenliyini təmin etdi”, – deyə o qeyd edib.Q. Hüseynli Rusiya sülhməramlılarının Qarabağdakı komandanının dəyişdirilməsindən də danışıb:”Rusiya son proseslərdən çox narahat olub. Onlar yeni sərhəd-buraxılış məntəqəsinin tamamilə rusların tabeliyində olmasını istəyirlər. Sülhməramlıların yeni komandanı məhz bu iddialarla Qarabağa gəlib. Buna baxmayaraq, Azərbaycan öz mövqeyində qətiyyətlidir. Bu məsələlərdə Rusiyaya heç bir güzəşt edilməyəcək. Ruslar öz dediklərini həyata keçirsələr, bununla Azərbaycanın suveren hüquqlarına zərbə vurmuş olar. Rusiyanın istəkləri reallaşmayacaq. Azərbaycan öz suveren hüquqlarını qoruyub-saxlayacaq”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,