Cəmiyyət

Sülhməramlıların yeni komandiri dinc azərbaycanlıların qətlində iştirak edibmiş

Qarabağdakı rus sülhməramlılarının yeni rəhbəri, general-polkovnik Aleksandr Lentsov dinc azərbaycanlıları qətlə yetirib.

“Unikal” xəbər verir ki, bu iddia ilə “AZfront” Teleqram kanalı məlumat yayıb.

Lentsovun Çeçenistan, Suriya, Cənubi Osetiya və Ukraynada döyüş əməliyyatlarında iştirakı ilə tanındığını xatırladan kanal Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytına istinadla yazır:

“Aleksandr Lentsov 1989-cu ildə M.V.Frunze adına Hərbi Akademiyasını bitirdikdən sonra Hərbi Hava Qüvvələrində alay qərargah rəisi, alay komandiri, müavini və bölmə komandiri vəzifələrində xidmət edib.

1990-cı ildə Lentsov SSRİ Silahlı Qüvvələrinin 98-ci diviziyasına daxil olan 331-ci qvardiya hava-desant alayının komandiri olub. Həmin ilin yanvarında bu diviziya Bakının və Azərbaycanın digər rayonlarının dinc əhalisinin qırğınında iştirak edib”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər