Cəmiyyət

Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir.

TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir:

“Tərtər sakini Babaşov Xəzər Taryel oğlu 26.04.2023-cü ildə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Xəstə üzərində sağ aşağı ətrafın, baldır hissəsinin aşağı 1/3-dən amputasiyası əməliyyatı icra olunub. Xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir”.

Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər