İdman

Türkiyəli idmançı İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

“Bizi bura dəvət etdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm”.

Oxu.Az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanmış türkiyəli ağırlıqqaldıran Cansu Bektaş Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama zamanı deyib.

20 yaşlı idmançı qazandığı medalı Azərbaycana həsr etməklə sözünü tutduğunu bildirib:

“Özümlə qürur duyuram. Türkiyə hər zaman dost və qardaşdır. Azərbaycan xalqını çox sevirəm. Federasiya prezidenti Talat Ünlüyə də təşəkkür edirəm. Onun sayəsində buraya gəlmişik. Mən medalımı Azərbaycana həsr etdim. Bunu mənim ağlıma gətirən də Talat Ünlü idi. Dostum Nazilə İsmayılovaya söz vermişdim. Sözümü tutduğum üçün sevinirəm”.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata