Dünya

Ukrayna dünyanın ən çox minalanmış ölkəsinə çevrilib

Müharibə bitdikdən sonra Ukrayna ərazisinin təxminən 30%-i (174 min kv.km) partlamamış mina və sursatlardan təmizlənməlidir. Bu, ölkəni dünyanın ən çox minalanmış ərazisinə çevirir.

“Unikal” xəbər verir  ki, bu barədə “Globsec” analitik mərkəzinin hesabatında deyilir.

Qeyd olunur ki, Ukrayna minalanmış və partlamamış hərbi sursatlarla çirklənmiş əraziyə görə dünya rekordu qoyub və keçmiş liderlər Əfqanıstan və Suriyanı keçib.

Hesabatda vurğulanır ki, işğalçılar mina tələləri qurmaqda “iyrənc dərəcədə bacarıqlıdırlar”. Onlar yollarda, tarlalarda və meşələrdə ikiqat və hətta üçqat mina tələləri qururlar.

Analitiklər Ukraynanın müharibədən sonrakı minalardan təmizlənməsi vəzifəsini “çətin, bahalı və demək olar ki, qeyri-mümkün” adlandırıblar. 

Bundan əvvəl Britaniya kəşfiyyatı Ukraynanın minalardan təmizlənməsinin ən azı on il çəkəcəyini bildirmişdi.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin