Dünya

Ukraynada çerniqovlu ailəni avtomobilində güllələyən rus əsgərə hökm oxundu

Məhkəmə, xüsusi məhkəmə prosesində Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçisini qəsdən adam öldürmə ilə birlikdə müharibə qanunlarını və adətlərini pozmaqda təqsirli bilib.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Baş Prokurorluğun məlumatına görə, o, ömürlük həbs cəzasına məhkum edilib. Prokuror məhkəmədə sübut edib ki, 2022-ci il fevralın 26-da Prilutski rayonunun Krupiçpole kəndinin mərkəzi hissəsində rus hərbçiləri mülki avtomobili saxlayıblar.

Maşında ər-arvad, onların qızı və kürəkəni olub. Təqsirləndirilən şəxslər digər rus hərbçiləri ilə birlikdə dərhal avtomobilə və onun sərnişinlərinə atəş açıblar. Dördünün də öldüyünü güman edən rusiyalı hərbçilər cinayət yerini tərk ediblər.

Prokurorluğun məlumatına görə, cinayət əməlləri nəticəsində bir qadın ölüb, ailənin digər üzvləri xəsarət alıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin