Dünya

Ukraynanın Baş naziri Papa Fransiski Kiyevə səfərə dəvət edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatikanda Ukraynanın Baş naziri Denis Şmıqal ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Rusiya ilə Ukrayna arasında sülh prosesi, sülh planının bütün addımlarına nail olmaqda Vatikanın mümkün dəstəyi, “taxıl dəhlizi”nə dair sazişin müddətinin uzadılması ilə bağlı məsələlər müzakirə edilib.

Denis Şmıqal Roma Papasını Kiyevə səfərə dəvət edib, saxlanılan, həbs edilən, zorla Rusiyaya deportasiya olunan ukraynalıların, eləcə də azyaşlıların geri qaytarılması üçün ondan kömək istəyib.

Ukraynanın Baş nazirinin Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin və Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi Paul Riçard Qallaher ilə görüşlərində isə ölkədəki kilsələrin fəaliyyəti, müharibə ilə bağlı müxtəlif məsələlər, xüsusilə humanitar aspektə və sülhün bərpası səylərinə dair müzakirələr aparılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin