Dünya

Ukraynanın Putinə sui-qəsd cəhdi uğursuz oldu

Ukrayna xüsusi xidmət orqanları aprelin 23-də Rusiya prezidenti Vladimir Putini kamikadze PUA-sı ilə öldürməyə çalışıb. Lakin sui-qəsd cəhdi uğursuz olub. 

“Unikal” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. 

Məlumata görə, UJ-22 pilotsuz təyyarəsi bazar günü günorta Ukraynadan havaya qalxıb və bazar ertəsi qəzaya uğrayıb. Nəşr qeyd edir ki, bu, uçuş məsafəsi 800 km-ə qədər olan ən müasir Ukrayna dronudur. Onun təyinatı Moskva yaxınlığında, Ukraynadan 500 km aralıda Moskva vilayətinin Luxovitski rayonundakı Rudnevo Sənaye Parkını vurmaq olub.

Həmçinin,  məqalədə Ukrayna xüsusi xidmət orqanlarına yaxınlığı ilə bilinən aktivist Yuri Romanenkonun sui-qəsd cəhdini təsdiqləyən məktubuna da yer verilib. Məktubda Ukrayna kəşfiyyatçılarında Vladimir Putinin də həmin gün Rudnevo Sənaye Parkına gedəcəyi haqqında məlumatın olduğu bildirilib.

Xatırladaq ki, Rusiyanın Noqinsk şəhərinin sakini aprelin 24-də evinin yaxınlığındakı meşədə Ukrayna pilotsuz təyyarəsini tapıb.

Vurulan pilotsuz təyyarənin uzunluğu 3,5 metr olan Ukrayna istehsalı olan UJ-22 Airborn olduğu üzə çıxıb. Pilotsuz uçan aparatın içərisində hər birinin çəkisi 570 qram olan 30-a yaxın briket və içərisində partlayıcı maddə aşkar edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin