Cəmiyyət

Zaqatalada ölmüş adam nikaha necə daxil edilib? – DİN-dən AÇIQLAMA

Zaqataladan olan bir şikayətçi İtaliyada yaşayan qardaşının adına ölüm kağızının verilməsi və ölmüş valideynlərinin nikaha daxil edilməsini iddia edib.

Göyəm kəndinin sakini olan şəxs belə saxta yolla evinin və torpağının əlindən alındığını bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Zaqatala rayonunun Göyəm kənd sakini Qurban Məmmədovun ölümlə hədələnməsi barədə etdiyi müraciət əsasında polis şöbəsində araşdırma aparılıb: 

“Qurban Məmmədov, arvadı və şikayət etdiyi Ramin Şərifovun izahatları alınıb. Araşdırma zamanı məlum olub ki, R.Şərifov Q.Məmmədovun atası Laçın Məmmədovla notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq ona məxsus 81 sot torpaq sahəsini alıb. Tərəflər arasındakı torpaq mübahisəsi ilə bağlı müraciətlərə Zaqatala Rayon Məhkəməsində, daha sonra isə Şəki Apellyasiya Məhkəməsində baxılıb və R.Şərifovun xeyrinə qərar qəbul edilib. 

R.Şərifov ifadəsində torpağın ona məxsus olduğunu təsdiq edən məhkəmə qərarının olmasına baxmayaraq, Q.Məmmədovun onunla davamlı şəkildə mübahisə etdiyini, həmin torpaq sahəsində işləməyə imkan vermədiyini bildirib. Q.Məmmədovun ölümlə hədələnməsi barədə iddiaları öz təsdiqini tapmadığından cinayət işi başlanılmayıb. Tərəflər arasındakı mübahisə predmeti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə olunub.

2017-ci ildə vəfat etmiş Fatimat Xaşalovanın Laçın Məmmədovla nikah bağlaması məsələsinə gəlincə, Zaqatala Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş məktub əsasında onun şəxsiyyət vəsiqəsi 2014-cü ildə deaktiv edilib”. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər