İdman

“Əl Nəsr” klubu Ronaldonu transfer etdiyi üçün peşman olub – “Aldadılmışam”

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun prezidenti Əl-Müəmmər rekord maaşla transfer etdikləri portuqaliyalı ulduz Kriştiano Ronaldo haqqında açıqlama verib. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti Ronaldonun transferində aldadıldığını bildirib.
   
“Həyatımda cəmi iki dəfə aldadılmışam. Birincisi, üç şiş kabab istəyəndə, onlar cəmi birini göndərdilər. İkincisi, Kriştiano Ronaldonu transfer etdiyim gün idi”, – deyə Əl-Müəmmər bildirib. 

Qeyd edək ki, portuqaliyalı ulduzun komandası Səudiyyə Ərəbistanı Superkuboku və Kral Kuboku ilə vidalaşıb. Futbolçu liqada istənilən nəticə vermədiyi üçün tənqid hədəfinə çevrilib. 

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata