Cəmiyyət

“Əqrəb mövsümü”nün rejissoru son filminə baxmayanlara əsəbiləşdi – VİDEO

“Yataq səhnələrini atamın baxacağından utandığım üçün çəkmirdim. Artıq buna fikir vermirəm. Deyirəm ki, eybi yoxdur, atam həmin səhnəni ötürər”.

Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində rejissor Emil Quliyev deyib.

“Pərdə” trilogiyası, “Körpü”, “Əqrəb mövsümü” serialları ilə məşhurlaşan rejissor son filmi olan “Pərdəarxası”na kinoteatrda baxılmamasından şikayətlənib.

“Film çəkmək üçün daha heç kimdən pul istəməyəcəyəm. Kimsə sifarişlə çəkdirmək istəsə, onda razı olacağam”, – deyə o qeyd edib.

E.Quliyev kinodan pul qazanmaqda əsas məqsədinin yeni filmlərin çəkilişi olduğunu deyib:

“Mənim onsuz da qazanc yerim var. Film çəkmək nəyimə lazımdır?! Bunu tamaşaçı üçün edirəm”.

Ətraflı verilişi təqdim edirik:

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər