Cəmiyyət

4 yaşlı Hüseynin anası: “Atası xəstəliyini öyrənən gün bizi tərk etdi, əməliyyata imkanımız çatmır” – FOTO

4 yaşlı Hüseyn anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Aydan Şirinova məlumat verib.

O bildirib ki, övladına böyrək köçürülməlidir:

“Hüseyn anadangəlmə böyrək çatışmazlığından əziyyət çəkir. Həmin gündən bu günə müalicələrini davam etdiririk, amma vəziyyəti get-gedə ağırlaşır. Həkimlər ona böyrək köçürülməli olduğunu deyiblər. Əməliyyat Türkiyədə yerləşən özəl klinikaların birində həyata keçiriləcək”.

Aydan Şirinova övladının əməliyyatı üçün 10 000 manatlarının çatışmadığını deyib.

“Hüseynin əməliyyatı üçün ümumilikdə 45 000 manata ehtiyac var idi. Atam Göyçaydakı bağımızı 35 000 manata sata bilib, amma 10 000 manatımız yenə də çatışmır. Hüseynin atası onun xəstəliyini bildiyi ilk günü ona xəstə övladın lazım olmadığını deyib, bizi tərk edib. Dörd ildə cəmi bir dəfə belə onunla maraqlanmayıb. Mən şirniyyat mağazalarının birində günü 15 manata işləyirəm, anam aylıq 400 manata dayə kimi işləyir, atam isə xərçəng xəstəsidir. Övladımın əməliyyatı üçün lazım olan 10 000 manatı toplamağa imkanımız yoxdur. Yardımsevər şəxslərdən övladıma kömək olmalarını xahiş edirəm. Hüseyn bu həyatda mənim tək varlığım, yeganə övladımdır”.

Ailə ilə əlaqə: 055-540-60-24

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər