İdman

Azərbaycan kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.

“Report”un məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın Fight Arena” turnirində qüvvəsini sınayıb.

ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək öz çəkisində çempionluq kubokuna sahib çıxıb.

Görüşdən sonra təəssüratlarını bölüşən kikboksçu döyüşün təşkilatçılarına və onu dəstəkləmək üçün zala gələnlərə minnətdarlığını bildirib: “Çox yoruldum. Yaş öz sözünü deyir. Bu cür döyüşlərdə təcrübə rol oynayır”.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata