İdman

Azərbaycan Qran-prisi: Fransalı pilot ikinci dəfə qəzaya düşdü – YENİLƏNİB + FOTO

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turunda daha bir qəza baş verib.

Oxu.Az xəbər verir ki, “Alpine Renault” sürücüsü Pyer Qaslinin bolidi döngə zamanı baryerə çırpılıb. Bu səbəbdən növbəti dəfə qırmızı bayraq qaldırılıb. Fransalı pilot isə mübarizəni davam etdirə bilməyib.

Xatırladaq ki, sərbəst yürüş zamanı Qaslinin bolidində yanğın olmuşdu.

13:54

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş davam edir.

Oxu.Az xəbər verir ki, “Alpine Renault” sürücüsü Pyer Qasli problemlə üzləşib. Fransalı pilotun bolidində yanğın baş verib.

Bu səbəbdən o yürüşə davam edə bilməyib. Daha sonra yanğını söndürmək mümkün olub.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata