Bakının Xətai rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşını üzündən bıçaqlayıb.
“Report”un məlumatına görə, 1981-ci il təvəllüdlü Yusifova Cəmilə Vidadi qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.