“Barselona” 1996-cı ildən fəaliyyət göstərən rəsmi televiziya kanalı “Barça TV”ni iyunun 30-da bağlayacaq.
Qaynarinfo-nun məluamtına görə, İspaniya La Liqasının liderinin bu addımı atmasına səbəb yaşanan iqtisadi problemlərdir. Kataloniya “RAC1” radiosunun xəbərinə görə, iyunun 30-dan etibarən “Telefonica” ilə müqavilə yenilənməyəcək və “Barça TV-nin yayımı dayandırılacaq. Telekanalda çalışan 140-a yaxın işçi isə ixtisar ediləcək.
“Barselona”nın onlayn yayım platforması vasitəsilə bəzi yayımları davam etdirməyi planlaşdırdığı da iddia edilir.