İdman

“Borussiya” Roysla bağlı qərar verdi

“Borussiya” (Dortmund), kapitan Marko Roysla yeni müqavilə bağlayıb. 

Qaynarinfo xəbər verir ki, klub 33 yaşlı futbolçu ilə müqavilənin müddətini 2024-cü ilə qədər uzadıb. Bu barədə klubdan açıqlama verilib. Komandanın heyətində iki dəfə Almaniya kubokunu qazanan Roys “arılar”ın formasında ümumilikdə 161 qola imza atıb.

Müqaviləsinin uzadılması ilə bağlı açıqlamasında təcrübəli futbolçu, “Hazırda diqqətimizi yönəltdiyimiz yalnız bir məqsəd var, o da Almaniya çempionatıdır. Həyatımın yarısından çoxunu keçirdiyim klubum üçün əlimdən gələni etmək istəyirəm. Mənim üçün hələ də dünyanın ən gözəl stadionunda, dünyanın ən yaxşı azarkeşləri qarşısında qol vurmaqdan gözəl heç nə yoxdur” – ifadələrini işlədib.

Dortmund klubu hazırda turnir cədvəlinin zirvəsində yer alıb. Komanda “Bavariya”dan 1 xal fərqi ilə öndədir.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata