Dünya

Braziliyada 65 yaşlı mer 16 yaşlı qızla evləndi

Braziliyanın cənubundakı Araukariya şəhərinin meri, 65 yaşlı Hissam Hüseyn Dehaini 16 yaşı tamam olan bir qızla evlənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, toydan sonra gəlinin anası yerli administrasiyada vəzifə alıb.

Bu təyinat yerli sakinlər arasında qızğın müzakirələrə səbəb olub və prokurorluq araşdırmaya başlayıb.

Bundan əvvəl qadının Təhsil Nazirliyində məmur olduğu, lakin maaşının xeyli aşağı və nüfuzunun az olduğu bildirilir.

Şəhər meriyası məsələ ilə bağlı açıqlamasında, “Təyinat məmurun vəzifəsinin icrası üçün lazımi şərtlərə cavab verdiyini hesab edən icra başçısının öz ixtiyarındadır”, – qeyd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin