Dünya

Çexiya gələcəkdə Ukraynada silah istehsalına başlayacaq

Çexiya gələcəkdə Ukraynada silah istehsalına başlamaq niyyətindədir. 

“Unikal” xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel bildirib.

“Söhbət təkcə texnologiyaların mübadiləsindən deyil, həm də istehsalın tam və ya qismən Ukraynada həyata keçirilməsi üçün ötürülməsindən gedir”.

Əvvəllər bildirilirdi ki, Çexiya Ukraynanın 25 mülki aviasiya pilotunu hazırlayacaq , onların hazırlanması üçün 22 milyon kron (təxminən 1,05 milyon dollar) ayrılacaq.

Müvafiq qərarı Çexiya hökuməti qəbul edib. Gözlənilir ki, bu layihə ölkədə hərbi münaqişə başa çatdıqdan sonra Ukraynada mülki hava nəqliyyatının bərpasına kömək edəcək. Kiyev Milli Aviasiya Universitetinin yuxarı kurs tələbələri  təlimə cəlb olunurlar .

Bu layihənin 2023-cü ildə uğurla həyata keçiriləcəyi təqdirdə, 2024 və 2025-ci ilə qədər uzadılacaq.

2022-ci ildə Çexiya hökuməti respublikaya mülki aviasiya sahəsində yardım göstərən “Ukraynaya humanitar, sabitləşmə, bərpa və iqtisadi yardım proqramı”nı təsdiq edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin