Cəmiyyət

Dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişdi – FƏRMAN

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun icrası ilə bağlı əlavə tədbirlər barədə” 23 dekabr 2000-ci il tarixli fərmana dəyişiklik edib.

“Unikal” xəbər verir ki, dövlət başçısı İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə etmək mümkün olduqda, həmin sənədlər və ya məlumatlar icarəçi, hərracda iştirak etmək istəyən şəxslərdən və sifariçidən tələb edilməyəcək. Belə sənədləri və ya məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya icarəçi, hərracda iştirak etmək istəyən şəxsl və sifarişçi tərəfindən təmin ediləcək.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər