Cəmiyyət

DYP və AYNA tərəfindən “Lökbatan” dairəsində hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görülür

“Lökbatan” dairəsi sərnişin axınının intensiv olduğu ərazilərdəndir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, sərnişinlərin avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanması, nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdu.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan AYNA birgə ərazidə xaotik vəziyyətə son qoymaq məqsədilə əməli işlər görüb. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri yenidən təşkil olunub, yol cizgi xətləri çəkilib, yol nişanları və məhəccərlər qoyulub. “Lökbatan” dairəsində inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib. Hazırda avtobuslar avtostansiyaya cəlb edilir.

Nəticə etibarilə qanunsuz sərnişin daşımalarının qarşısının alınması üçün vacib addımlar atılır, sərnişinlərin rahat və müvafiq tələblərə cavab verən avtostansiyadan yola salınması təmin edilir.

Vətəndaşlardan bu məqsədlə ayrılmış qanuni yerlərdən istifadə etmələri xahiş edilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər